DİSTANT ONLAYN DƏRSLƏR + REALDA SÜRMƏ TƏLİMİ PROQRAMI

Maşın Almısınız? Bəs onu təhlükəsiz idarə etməyi bacarırsınızmı?

Axırı ki, arzunuza çatıb maşın almısınız? Bəs maşını idarə etməyi bacarırsınızmı? Yol hərəkəti qaydalarını bilirsinizmi? Evə işdən yorğun gəlirsiniz və bundan sonra avtoməktəbə getməyə həvəsiniz yoxdur? Bu halda bizim qəza əleyhinə distant+realdakı kurslar məhz Sizin üçün nəzərdə tutulub.

  • 18 nəzəri video mövzu
  • Toyota RAV4 təlim avtomobili
  • Az / Rus dillərində dərslər
Nəzəri onlayn video kurs və praktik sürücülük təlimi

Treninq paketləri və qiymətlər

Baş məşqçi — Rəhimov Aqil Əhməd oğlu. Bütün dərslər min 45–max 50 dəqiqə, Toyota RAV4 ilə.

Qəza əleyhinə master-klass

5 dərs

350 manat

Avtomobilinizi artıq idarə edirsiniz, amma əminliyiniz yoxdur? Və ya periodik olaraq kiçik qəzalardan qaça bilmirsiniz?

Bu paketi seç

Qəza əleyhinə super gücləndirilmiş treninqlər

15 dərs (bu paketə 2 "Parklanma Kralı" dərsi də daxildir)

750 manat

Sizi sükan arxasında Super Professional edəcək tam paket.

Bu paketi seç

Qəza əleyhinə kursların təlim planı

  • İlkin vərdişlər
  • Sadə marşrutlar
  • Daha mürəkkəb marşrutlar
  • Güzgülərlə işləmə alqoritmləri
  • Ətrafdakı avtomobillərdən özünü qoruma metodları
  • Zolaqda adekvat yerləşmə, ən təhlükəsiz zolaqların seçilməsi
  • U dönüşünün praktikada mükəmməl yerinə yetirilməsi
  • Dairələrin təhlükəsiz keçilməsi metodları
  • Mürəkkəb marşrutlarla hərəkət
  • Parklanma üsulları
  • Geriyə hərəkət edərkən təhlükəsizlik tədbirləri
  • Qəza əleyhinə tədbirlərin praktikada tətbiqi
  • Tıxaclarda hərəkət təhlükəsizliyi
  • Sürətli yollarda təhlükəsiz hərəkətin sirləri
  • Nümunəvi sürücü etikasına aid məsləhətlər
  • Yol Hərəkəti Qaydalarının praktikada tətbiqi

Dərslər tələbənin istəyi ilə Azərbaycan və ya Rus dillərində keçirilir.

Nümunə praktik sınaq dərsi — 45 dəqiqə / 50 manat. Dərsi bəyənsəniz, istənilən paketi seçə bilərsiniz.

Namizədin yaşı 45-dən çoxdursa, yalnız sınaq dərsindən uğurla keçdikdən sonra kursumuzun tələbəsi ola bilər.

PS. Heç vaxt maşın idarə etməmiş, lakin yüksək reaksiyası və güclü analiz qabiliyyəti olanlara — cəmi 10 dərsə avtomobili tam təhlükəsiz idarə edəcəyinizə 100% təminat veririk!

Təlim avtomobili Toyota RAV4
Təlim avtomobili TOYOTA RAV4
Aqil Rəhimov — qəza əleyhinə kursların baş məşqçisi

Salam. Mən, Aqil Rəhimov bu kursların rəhbəriyəm. Hal hazırda nəzəri və təlim dərslərini tədris edirəm.

Bu kurslar 3 kursun birləşməsidir. Yəni,

  1. Tələbəyə Nəzəriyyə öyrədilir. 1 nəzəriyyə dərsinin nümunəsinə aşağıda baxa bilərsiniz.
  2. Tələbəyə həm 0-dan qaydalarla maşın sürmək öyrədilir.
  3. Ən əsası, tələbəyə qəzalardan qaça bilmək bacarığı öyrədilir.

Əks halda Bakı küçələrində qəzasız avtomobil idarə etmək mümkünsüzdür!

Dərslər Nərimanov metrosunun yanından başlayır, şəhərdə davam edir və sonda yenə də həmin məkanda bitir.

Qiymətlər, keyfiyyət və şərtlər Sizə uyğun olarsa, bizə müraciət edə bilərsiniz.

Hörmətlə, Aqil M.

  • Dərslər tələbənin istəyi ilə Azərbaycan ya Rus dillərində aparılır.
  • Dərslər 1-ci və 3-cü günlər və ya, 2-ci və 4-cü günlər keçirilir. Ən axırıncı dərs saat 15:00-dır. Kim həftə boyu saat 6-ya kimi işləyirsə, onlar şənbə, bazar və bayram günləri məşğul ola bilər.
  • Dərs saatları: 7:30, 8:45, 10:00, 11:15, 12:30, 13:45, 15:00.
1

Nəzəri + Praktik paket

Nəzəri onlayn videodərslər + sürmə təlimi üzrə treninqlər. Yol hərəkəti qaydalarını və maşını idarə etməyin incəliklərini öyrənəcəksiniz. Birinci dərs meydançada keçirilir, sonra yollara çıxırıq — nəzəri biliklərinizi praktikada tətbiq edib təhlükəsiz sürmənin sirlərinə yiyələnəcəksiniz.

Nəzəri dərslərin mövzuları

  1. Xəbərdarlıq, üstünlük və qadağan nişanları
  2. Məcburi hərəkət istiqaməti və məlumatverici-göstərici nişanlar (1-ci hissə)
  3. Məlumatverici-göstərici nişanlar (2-ci hissə), servis və əlavə məlumat nişanları
  4. Nişanların real yollarda tətbiqi
  5. Yolların nişanlanması
  6. Operativ nəqliyyat vasitələrinin hüquqları
  7. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi
  8. Hərəkətə başlama, manevretmə
  9. Nəqliyyat vasitələrinin hərəkət hissəsində yerləşməsi
  10. Avtomaqistrallarda hərəkət, qəza dayanma işıqlarının qoşulması
  11. Hərəkət sürətinin seçilməsi
  12. Ötmə və qarşılıqlı keçmə
  13. Dayanma və durma
  14. Yol ayırıcılarının keçilməsi
  15. Piyada keçidləri, marşrut nəqliyyatının üstünlüyü
  16. Dəmiryolu keçidlərində hərəkət
  17. İşıq cihazları, yaşayış zonalarında hərəkət
  18. Cərimələr

Bizim Kurslar Mediada

Aqiı Rəhimovla müsahibə!

11 fevral 2025 г.

Fateh bizim kurslar barədə!

Və sonda bu videoya mütləq baxın ki, dərslərin necə gedəcəyini əvvəlcədən biləsiniz!

Və ən əsas sualiniza cavab! Siz necə saata təhlükəsiz avtomobil idarə edə biləcəksiniz?

Aqil Rəhimov — qəza əleyhinə kursların baş məşqçisi
Baş məşqçi

Aqil Rəhimov

Nəzəri dərslərin müəllifi və qəza əleyhinə kursların baş məşqçisi. Yol hərəkəti qaydalarını incəliklərinə qədər bilir və bu bilikləri illərdir tələbələrinə praktikada öyrədir.

Yol Polisinə təqdim etmək üçün sertifikat

Avtoməktəb sənədlərinin hazırlanması xidməti.

Kateqoriya Hazır olma müddəti Qiymət
B kateqoriyası 1–1,5 ay 60 manat
BC kateqoriyası 2–2,5 ay 100 manat

Ödənişsiz onlayn məsləhətlər

Kurslar vaxtı və kurslardan sonra istənilən vaxt yol hərəkəti qaydaları, maşın seçimi və etibarlı ustalar barədə bizə müraciət edə bilərsiniz. Bu "onlayn məsləhətlər" paketi Sizin üçün tamamilə ödənişsizdir.

Sual ver

Bu kurslar kimlər üçündür?

Avtomobili təhlükəsiz idarə etmək istəyənlər üçün
Yol hərəkəti qaydalarını ən xırda nyuanslarına qədər bilmək istəyənlər üçün
Sükan arxasında illərdir olsa da qaydaların bir qismini unudanlar və yeni qaydaları öyrənmək istəyənlər üçün
Vəsiqəsi olub sürmə praktikasında böyük fasilə verənlər üçün
Bir daha heç vaxt cərimə ödəmək istəməyənlər üçün
Başqalarının səhvi ucbatından belə qəzaya düşmək istəməyənlər üçün
Müqavilə əsasında şəffaf əməkdaşlıq

Müqavilə əsasında şəffaf əməkdaşlıq

Bütün kurs paketləri qarşılıqlı razılaşma və şəffaf şərtlər əsasında rəsmiləşdirilir.

Sürücülüyə hazırsınız?

Zəng edin və ya WhatsApp-a yazın — sınaq dərsini birlikdə planlaşdıraq.